📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə danışmalı olacağıq - ATƏT

2022-03-12 14:20:00

Rusiya ilə danışmalı olacağıq - ATƏT

Rusiya və Ukrayna arasındakı savaş Soyuq müharibə başa çatdıqdan sonra yaşanan ən böyük fəlakətdir.

Bunu ATƏT Baş katibi Tomas Qreminqer “Anadolu” agentliyinə açıqlamasında deyib.

“Bu müharibə gələcək illərdə Avropanın təhlükəsizliyinə təsir edəcək. Buna qarşı Qərb həmişə həmrəyliyini göstərməlidir”, - baş katib bildirib.

O, həmçinin vurğulayıb ki, Rusiya Avropanın bir hissəsi olmaqda davam edəcək:

“Əgər biz Avropada təhlükəsizlik və sabitlik istəyiriksə, bəzi nöqtələrdə Rusiya ilə danışmalı olacağıq”.