📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiya ilə dialoq davam etdirilməlidir”

2023-01-16 18:35:00

“Rusiya ilə dialoq davam etdirilməlidir”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar Türkiyə rəhbərliyinin Rusiya ilə dialoq aparmaq və Moskva ilə Kiyev arasında vasitəçi olmaq imkanını əlində saxlamalı olduğunu deyib.

Hulusi Akar Britaniyanın “Finənşl Tayms” (“Financial Times”) nəşrinə müsahibəsində deyib: “Kim isə Rusiya ilə danışmalıdır. Dialoq olmasa, biz dalanda qalacağıq. Qərb bizim Prezidentimizə (Rəcəb Tayyib Ərdoğana) təşəkkür etməli idi”.

Hürr Tərcüman