📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiya ilə əlaqələr qarşılıqlı hörmətə bağlıdır” - Ərdoğan

2023-01-30 09:17:00

“Rusiya ilə əlaqələr qarşılıqlı hörmətə bağlıdır” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Rusiya arasında siyasi əlaqələrin qarşılıqlı hörmətə bağlı olduğunu bildirib. 

Hurriyyet.az xəbər verir ki, “Report”un Ankara Bürosunun məlumatına görə, Türkiyə Prezidenti Rusiya lideri Vladimir Putinlə diplomatik münasibətlərdən və iki ölkə arasındakı əlaqələrdən danışıb. 

"Rusiya ilə münasibətlərimizdə bizim qarşılıqlı hörmətimiz, inamımız var. Cənab Putinlə münasibətlərim isə dürüstlüyə əsaslanır. Tatarıstandan Dağıstana və bütün o bölgələrlə bağlı bizim müraciətlərimizə uyğun cavab var. 

Hazırda Suriyanın şimalında baş verən proseslərlə əlaqədar hər nə qədər istədiyimiz nəticəni əldə edə bilməsək də, Rusiya, Türkiyə, Suriya olaraq üçtərəfli formatda görüşlərin keçirilməsini müzakirə edirik. Biz regionumuzda sakitliyin bərpa olmasını istəyirik”, - Ərdoğan vurğulayıb.