📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə Hindistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalandı

2021-12-06 14:07:00

Rusiya ilə Hindistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalandı

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya ilə Hindistan dövlətləri arasında hərbi sahədə əməkdaşlıqla bağlı bir sıra razılaşmalar imzalanıb.

Nyu-Dehlidə hərbi və hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Hindistan Hökumətlərarası Komissiyasının iclası öz işini davam etdirir.

İclasın əvvəlində Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Hindistan müdafiə sahəsində Rusiyanın əsas tərəfdaşlarından biridir, ölkələr arasındakı münasibətlərdə isə strateji xarakterə üstünlük verilir.

Şoyqu deyib: “Ölkələrimiz arasındakı etibarın misilsiz səviyyədə olmasından hərbi-texniki əməkdaşlığımızın dərinliyi və intensivliyi xəbər verir. Bu əməkdaşlıq ildən-ilə daha yeni keyfiyyətli səviyyəyə çıxır”.

Hinsitanın Müdafiə naziri Racnahtu Sinqh də Rusiya-Hindistan əməkdaşlığının dərinliyindən danışıb. Onun sözlərinə görə, indiki görüşlər Rusiya ilə Hindistanın strateji əməkdaşlığını bir daha vurğulayır. O, danışıqların məhsuldar keçdiyini bildirib.

Hürr Tərcüman