Rusiya ilə İran arasında böyük sənəd imzalanacaq
2023-08-03 12:55:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazım Calali Rusiya ilə İran arasındakı irimiqyaslı əməkdaşlıq müqaviləsinin yenilənmiş variantının ilin sonuna qədər imzalanacağını bildirib.
Səfir deyib: “Bir neçə gün bundan əvvəl İranda danışıqlar aparılıb. Bu ay artıq onlar Moskvada davam etdiriləcək. Ümid edirik ki, bununla da danışıqlar yekunlaşacaq və hökumətlər səviyyəsində sənəd imzalanacaq. Lakin, bildiyinizi kimi, həm də iki ölkənin parlamentləri bu razılaşmaları təsdiqləməlidir”.
Hürr Tərcüman