Rusiya ilə İran arasında yaxınlaşma - hərtərəfli əməkdaşlıq proqramı hazırlanır
2022-08-29 13:37:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran ilə Rusiyanın xarici işlər nazirlikləri ikitərəfli əməkdaşlıq barəsində uzunmüddətli əhatəli müqavilə layihələri ilə mübadilə ediblər. Bu barədə açıqlamanı İran Prezidenti İbrahim Rəisi verib.
Rəisi deyib: “Rusiya ilə İran arasındakı hərtərəfli əməkdaşlıq proqramı var. İki ölkənin xarici işlər nazirlikləri onun ilkin mətni ilə bağlı müzakirələr aparırlar”.
O, yaxın zamanda hər iki dövlətin bu mərhələni başa çatdıracaqlarını da söyləyib.
Hürr Tərcüman