Rusiya ilə İran “böyük saziş” imzalamağa hazırlaşırlar
2023-12-12 17:15:44
Hurriyyet.az xəbər verir ki, Rusiya diplomatiyasının başçısı Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefonla danışıb. Bu barədə məlumatı RF XİN verib. Tərəflər iki dövlət arasındakı aktual məsələləri, İran və Rusiya prezidentləri İbrahim Rəisi ilə Vladimir Putin arasında bu günlərdə keçirilmiş görüşün yekunlarını müzakirə ediblər.
Nazirlər yeni “böyük” dövlətlərarası sazişin hazırlanmasını sürətləndirmək barəsində də razılığa gəliblər. RF XİN-dən verilən açıqlamada sənədin yüksək hazırlıq səviyyəsinə gətirildiyi bildirilir.
Nazirlər Yaxın Şərqdə alovlanmış münaqişəni də müzakirə ediblər.
Hürr Tərcüman