📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə NATO-nun toqquşma ehtimalı artır

2021-08-09 10:16:00

Rusiya ilə NATO-nun toqquşma ehtimalı artır

Litva sərhədləri yaxınlığındakı miqrasiya böhranı və "Qərb-2021" təlimləri Rusiya ordusu ilə Baltikyanı ölkələr və Polşadakı NATO qüvvələri arasında toqquşma ehtimalını artırır.

Axar.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç deyib.

Diplomatın sözlərinə görə, Rusiya-Belarus manevrləri səbəbindən "bəzi hərəkətləri səhv başa düşmək" riski böyükdür.