📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə Rumıniya arasında diplomatik gərginlik

2024-05-24 18:08:57

Rusiya ilə Rumıniya arasında diplomatik gərginlik

Hurriyyet.az "Yevropeyskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Rumıniya Rusiya səfirliyinin bir diplomatını ölkədən qovmaq qərarına gəldiyini bəyan edib.
Rumıniya XİN-in 24 may tarixli açıqlamasında bildirilir ki, Rusiya diplomatlarından biri "persona-non qrata" elan edilib və "Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına zidd olan fəaliyyətlə əlaqədar ölkəni tərk eləməlidir".
Rusiyanın Rumıniyadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb və müvafiq sənəd ona təqdim edilib.
RF XİN öz diplomatının qovulmasına adekvat cavab veriləcəyini bildirib.
Hürr Tərcüman