📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə sərhəddə qalan TIR sürücüləri İlham Əliyevdən imdad diləyir - VİDEO

2022-02-21 13:41:00

Rusiya ilə sərhəddə qalan TIR sürücüləri İlham Əliyevdən imdad diləyir - VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyadan Azərbaycana gedən yük maşınları 20 gündür ki, bu ölkənin gömrük xidməti tərəfindən buraxılmır. Əldə etdiyimiz məlumata görə, Azərbaycan Gömrük Komitəsinin əməkdaşları Rusiya tərəfi ilə danışıqlar aparamaq məqsədilə gedib. Lakin aparılan danışıqların heç bir nəticəsi olmayıb.

Azərbaycan məxsus TIR sürücülərinin  "Hürriyyət"ə verdiyi məlumata görə, gecə saat 12-dən sonra Dağıstana məxsus yük maşınları növbəli şəkildə buraxılır. Lakin Azərbaycana məxsus yük maşınları hələ də Rusiya tərəfdə qalmaqdadır. Azərbaycanlı sürücülər Prezident İlham Əliyevdən yardım istəyirlər. Onlar Azərbaycan rəsmlərinin hələ də məsələylə bağlı heç bir tədbir görülmədiyini qeyd edirlər.

Məsələylə bağlı Gömrük Komitəsinin Rusiya tərəfi danışıqlara gedən əməkdaşları ilə əlaqə saxlamağa cəhd etdik. Zəngimizə kobudcasına cavab verən əməkdaş tərbiyəsiz insan təsiri yaratdı. Sanki "atın qabağına ət, itin qabağına ot qoyublar". Məhz bu səbəbdən də Azərbaycan vətəndaşları Rusiyada 3-cü sort adam sayılırlar. 

Qeyd edək ki, yük maşınları bu ölkənin gömrük xidməti tərəfindən Dağıstan ərazisində saxlanılıb. Məlumata görə, təxminən 3000-ə yaxın yük maşını içi dolu yüklə gömrükdə qalıb. Sürücülər deyirlər ki, dünən körpüdən cəmi 45 maşın buraxılıb. Buraxılan maşınlardan 40-ı Dağıstan maşınları, 5-i Azərbyacana məxsus maşınlardır.

PS. Təəssüflər olsun ki, sərhəd qapıları "partlamaq" üzrədir. Baş nazir Əli Əsədov və Gömrük Komitəsinin sədri Səfər Mehdiyev hələ də yatmaqda davam edirlər.

YƏHYA