“Rusiya ilə təmaslarımız var, amma detallı danışmaq istəmirəm" - NATO-nun Baş katibi
2022-11-16 17:47:00
“Rusiya ilə təmaslarımız var. Amma bu barədə detallı danışmaq istəmirəm”.
Hurriyyet.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra bildirib.
O deyib ki, Ukraynadakı müharibənin səbəbkarı Rusiyadır: "Rusiya Ukraynaya hücum etməsəydi, bu problemlər, itkilər olmazdı".
Y.Stoltenberqin sözlərinə görə, NATO savaşın tərəfi deyil. (report)