📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə Ukrayna arasında 193 əsir dəyişdirldi

2026-04-24 18:30:09

Rusiya ilə Ukrayna arasında 193 əsir dəyişdirldi

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kiyevin nəzarətində olan ərazidən 193 hərbçi geri qaytarılıb.

Modern.az xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.

Bildirilib ki, əvəzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 193 hərbi əsir təhvil verilib.

Hazırda rusiyalı hərbçilər Belarusdadırlar və onlara zəruri psixoloji və tibbi yardım göstərilir. Daha sonra onlar müalicə və reabilitasiya üçün Müdafiə Nazirliyinin müəssisələrinə aparılmaq məqsədilə vətənə qaytarılacaqlar.

Mübadilə prosesində vasitəçi kimi BƏƏ və ABŞ çıxış edib.