📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə Xorvatiya arasında diplomatik gərginlik

2022-05-27 17:15:00

Rusiya ilə Xorvatiya arasında diplomatik gərginlik

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin bu gün yaydığı açıqlamada Xorvatiya səfirliyinin beş nəfər əməkdaşının arzuolunmaz şəxs elan edildiyi bildirilir.

Bəyanatda bunun Xorvatiyanın Rusiya diplomatik nümayəndəliyində ixtisar aparmaq qərarına cavab olduğu bildirilir.

Aprelin 11-də Xorvatiya Rusiyanın Zaqrebdəki səfirliyinin əməkdaşlarının sayının azaldacağı və səfirliyin 24 əməkdaşının ölkəni tərk eləməli olduğu qərarını bəyan eləmişdi.

Hürr Tərcüman