📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə yeni müqaviləni müzakirə edirik - Bayraqdar

2021-09-21 15:26:00

Rusiya ilə yeni müqaviləni müzakirə edirik - Bayraqdar

Türkiyə Rusiya da daxil olmaqla, müxtəlif ölkələrlə yeni qaz təchizatı müqavilələri bağlamağı müzakirə edir.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin energetika nazirinin müavini Alparslan Bayraqdar deyib.

“Bu il bizim üçün çox ağır olacaq. Amma bizim Azərbaycan və Rusiya kimi tədarükçülərimizlə yaxşı münasibətlərimiz var. Rusiya və digər ölkələrlə yeni müqavilələri müzakirə edirik”, - nazir müavini bildirib.