📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya İrana arxadan xəncər vurdu

2023-07-12 14:35:00

Rusiya İrana arxadan xəncər vurdu

Rusiya İrana arxadan xəncər vurub. Belə ki, Moskva da Pekin kimi İran körfəzindəki üç adanın BƏƏ-yə məxsus olduğunu dəstəkləyib. İranın narahatçılğı “İran diplomatiyası” saytında özünü biruzə verib.

Sayt bu mövzuya toxunaraq belə yazır: “Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin və Rusiyanın xarici işlər nazirləri Moskvada keçirilən görüşdən sonra verdikləri bəyanatda “üç ada ilə bağlı fikir ayrılıqlarının dinc yolla həllinə” çağırıblar.
İclasda iştirak edən nazirlər sözügedən adaların ərəb ölkələrinə verilməsini dinc cəhdlər adlandırıb və buna sülh yolu ilə nail olmaq istədiklərini bildiriblər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə buna cavab olaraq həmin bəyanatı rədd edib və sözügedən adaların əbədi olaraq İrana məxsus olduğunu bildirib.

Ülviyyə, Hurriyyet.az