📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya İrandakı vətəndaşlarına çağırış etdi

2024-10-11 00:28:34

Rusiya İrandakı vətəndaşlarına çağırış etdi

Rusiya vətəndaşlarına İsrailin İran hədəflərinə mümkün zərbəsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyi çağırış edib.

"İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkənin hədəflərinə cavab zərbəsi endirməsi ilə əlaqədar Rusiya səfirliyi İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edir”, - məlumatda deyilir. 

Rusiya Federasiyasının vətəndaşlarına Rusiya səfirliyinin resursları haqqında məlumatı daim izləmət tövsiyə olunub.