📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya İranla gəmi daşımalarını xeyli artırıb

2023-07-28 15:16:00

Rusiya İranla gəmi daşımalarını xeyli artırıb

2022-ci ilin iyulundan 2023-cü ilin iyun ayına qədər Rusiya Xəzər dənizində İranla gəmi daşımalarını əhəmiyyətli dərəcədə artırıb.
Peyk görüntüləri Həştərxan istiqamətində, eləcə də İranın iki ən böyük limanında gəmilərin sayının artdığını göstərir.
Həmin müddətdə digər Xəzəryanı ölkələrin sahillərində oxşar dəyişikliklər müşahidə edilmir. 
Azərbaycan və Türkmənistan limanlarında gəmiçilik fəaliyyətləri artmayıb. Yalnız Qazaxıstanın Aktau limanı yaxınlığında cüzi artım qeydə alına bilər.
İran-Rusiya istiqamətində nəzərəçarpacaq artım 2022-ci ilin sentyabr-oktyabr aylarında qeydə alınıb. Məhz 2022-ci ilin oktyabr ayından Rusiya Federasiyası Ukrayna ərazilərini İran dronları ilə aktiv şəkildə atəşə tutmağa başlayıb.
Bildirilir ki, İran Rusiya Federasiyasına təkcə dronlar deyil, digər döyüş sursatları da verir, çünki “yalnız dronların daşınması nəqliyyatın hərəkətinə bu qədər güclü təsir göstərə bilməzdi”.

Ülviyyə, Hurriyyet.az