Rusiya işğal etdiyi ərazilərdə məktəbli qızları buna vadar edir
2023-07-01 12:02:00
Rusiya Ukraynanın Luqansk vilayətinin işğal olunmuş hissəsindəki məktəblərdə tibb bacıları hazırlamaq istəyir.
Hurriyyet.az xəbər verir ki, bu barədə OVA məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya Federasiyasının Təhsil Nazirliyi məktəb yaşlı qızlar üçün sanitar təlimatçıların hazırlanmasını nəzərdə tutan yeni kurikulum hazırlayır.
Hərbi idarədən verilən məlumata görə, sentyabr ayından məktəblərin tədris proqramına “Vətənin mühafizəsi” fənni daxil ediləcək. Sanitar təlimatçıları da məhz bu proqram çərçivəsində hazırlanacaq.
publika.az