📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya kəşfiyyatının başçısı Narışkin Vaşinqtonu ittiham etdi: ABŞ Ukraynadakı müharibəni qəsdən uzadır

2022-04-07 12:58:00

Rusiya kəşfiyyatının başçısı Narışkin Vaşinqtonu ittiham etdi: ABŞ Ukraynadakı müharibəni qəsdən uzadır

Rusiya kəşfiyyatının rəhbəri Narışkin bildirib ki, ABŞ özünün əsas vəzifəsini Ukraynadakı münaqişəni mümkün qədər uzatmaqda görür. 

Narışkin əlavə edərək bildirib ki, ABŞ bu münaqişənin Moskva ilə Kiyev üçün mümkün qədər baha başa gəlməsinə şərait yaradır və "yeraltından muzdlu yaraqlılar" göndərməklə “ən alçaq üsullardan” istifadə edir.  
"Eyni zamanda, ABŞ hazırda Ukraynada vəziyyətin gərginləşməsinin daha da qərbə yayılmasının qarşısını almağa çalışır", deyə o bildirib.

Ülviyyə, Hurriyyet.az