📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Kiyevə 10 “İsgəndər” atdı –Dağıntılar və həlak olanlar var

2023-06-01 12:41:00

Rusiya Kiyevə 10 “İsgəndər” atdı –Dağıntılar və həlak olanlar var

İyunun 1-nə keçən gecə Kiyev növbəti raket hücumuna məruz qalıb, nəticədə biri doqquz yaşlı qız olmaqla 3 nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Kiyev administrasiyası və Kiyev meri Vitali Kliçko məlumat verib.

Ukrayna paytaxtının Desnyanski rayonunda uşaq poliklinikasına, iki məktəbə, uşaq bağçasına, polis idarəsi və yaşayış binalarına raket parçaları düşüb.

Dnepr vilayətində azı 3 nəfər yaralanıb. Yanan parçaların düşməsi nəticəsində bir neçə avtomobil yanıb.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, son bir ayda Kiyevə edilən 18-ci hücumda Rusiyanın Bryansk vilayətindən atılan 10 “İsgəndər” raketindən istifadə edilib.

Ukrayna hərbçilərinin bildirdiyinə görə, onların hamısı vurulub. Onlar mülki və kritik infrastruktur obyektlərinə yönələn zərbələri dəf etdiklərini bildiriblər.

AzPolitika.info