Rusiya Kiyevə qanadlı raketlərlə hücum edib
Hurriyyet.az xəbər verir ki, mayın 16-na keçən gecə Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə zərbələr endirib.
Kiyev Hərbi Administrasiyasının başçısı Sergey Popko bununla bağlı açıqlamasında deyib: “Düşmən silahlı dronlardan, qanadlı raketlərdən (çox güman ki, ballistik raketlərdən) istifadə eləyərək müxtəlif istiqamətlərdən eyni zamanda kompleks hücuma keçib. Müstəsna sıxlıqda hücum oldu – olduqca kiçik zaman kəsiyində maksimal miqdarda raket hücumu edildi.
İlkin informasiyaya görə, Kiyevin hava məkanındakı düşmən hədəflərinin böyük əksəriyyəti aşkara çıxarılaraq məhv edilib.
İlkin olaraq, paytaxtın Solomen, Şevçenko, Svyatoşin, Obolon və Darni rayonlarında parçalanmış hissələrin düşməsi qeydə alınıb. Solomen rayonunda qeyri-yaşayış binasına və bir neçə avtomobilə od düşüb”.
Zərərçəkənlərin olduğu bildirilir.
Hürr Tərcüman