📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya Kiyevlə Çerniqovu ələ keçirmək cəhdlərindən imtina eləməyib"

2022-03-30 18:40:00

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın paytaxt Kiyev ilə Çerniqov istiqamətlərdəki hərbi əməliyyatları dayandırdığı barəsindəki açıqlamasına baxmayaraq, Ukraynanın Müdafiə Nazirliyi PF-nin həmin şəhərləri tutmaq cəhdlərindən imtina eləmədiyini hesab edir.

Ukraynanın Müdafiə Nazirliyinin təmsilçisi Aleksandr Motuzyanik bu gün keçirilən brifinqdə deyib: “Bizdə olan operativ informasiyaya görə, hazırda düşmən bu şəhərləri də ələ keçirmək, yaxud da ən azı mühasirəyə almaq cəhdlərindən tam imtina eləməyib. Söhbət paytaxtdan və Çerniqovdan gedir. Ukrayna SQ-nin Baş Qərargahı ayrı-ayrı bölmələrin Kiyev və Çerniqov istiqamətlərində qismən yerdəyişməsini qeydə alıb. Bununla belə, Rusiya hərbçilərinin bu rayonlardan kütləvi şəkildə çıxarılmasını müşahidə etmirik”.

Hürr Tərcüman