📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Krım və Belarusda nüvə silahı yerləşdirib-Ukrayna kəşfiyyatı

2023-01-05 14:41:00

Rusiya Krım və Belarusda nüvə silahı yerləşdirib-Ukrayna kəşfiyyatı

Rusiya işğal etdiyi Krım və Belarusda nüvə silahı yerləşdirib. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətinin nümayəndəsi Andrey Yusov bildirib.
O bildirib ki, Putin Belarus və Krımı təxribatların təşkili üçün uyğun ərazi hesab edir.
Yusovun sözlərinə görə, Rusiya bu əraziləri Ukraynaya qarşı nüvə təxribatları üçün tramplin hesab edə bilər. Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi bildirib ki, istər işğal olunmuş Krım ərazisindən, istərsə də Belarusdan nüvə silahından istifadə Rusiya Federasiyası və Rusiyanın özündə mövcud rejim üçün son addım olacaq.
"Rusiyadan gələn nüvə silahı təhlükəsinə gəlincə, biz başa düşməliyik ki, bu təhlükə yalnız müasir Rusiyanın sonunu yaxınlaşdıracaq. Bəli, işğal olunmuş Krım və Belarus ərazisinin Putin tərəfindən təxribatlar üçün əlverişli yer hesab edildiyi barədə məlumatlar var. Bütün bu məlumatlar izlənilir, kəşfiyyat var, ona görə də sürpriz olmayacaq”, deyə kəşfiyyat rəsmisi bildirib.

Ülviyyə, Hurriyyet.az