Rusiya KTMT iclasında erməni nümayəndəyə cavab verdi: "İrəvan KTMT-nin köməyinə ümid edə bilər, amma..."
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərkən lazımi yardıma ümid edə bilər. Bunu “Valday” Beynəlxalq Diskussiya Klubu çərçivəsində “Yeni dövrdə kollektiv təhlükəsizlik: KTMT-nin təcrübəsi və perspektivləri” adlı konfransda çıxış edən Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
Pankin, "Müttəfiqlərin öhdəlikləri yerinə yetiriləcək. Yardımın hansı ərazidə hansı həcmdə tələb olunacağı başqa məsələdir", deyə Pankin sözünü yekunlaşdırıb. Xatırladaq ki, həmin iclasda İrəvanın nümayəndəsi Armen Gevondyan faktiki təşkilat üzvlərinə şikayətlənib və ölkənin 2020-ci ilin payızında muzdlu xarici terrorçuların və döyüşçülərin kütləvi şəkildə bölgəyə köçürülməsi ilə üzləşdiyini bildirib.
Ülviyyə, Hurriyyet.az