📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Kurskda bu qəsəbəni də boşaltdı: Məcburi təxliyə başladı

2024-08-15 10:16:52

Rusiya Kurskda bu qəsəbəni də boşaltdı: Məcburi təxliyə başladı

Kursk vilayətinin regional əməliyyat qərargahı Qluşkovo kəndinin məcburi boşaldılması barədə qərar qəbul edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov öz Telegram kanalında məlumat verib.

"Region operativ qərargahı Qluşkovo kəndinin məcburi təxliyəsi ilə bağlı qərar qəbul edib. Yerli sakinlərin tərk edilməsi prosesi təhlükəsizlik qüvvələri, hərbçilər, yerli administrasiya və Kursk Patriot Mərkəzinin üzvləri tərəfindən əlaqələndiriləcək", - qubernator bildirib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov avqustun 7-də bildirmişdi ki, avqustun 6-da saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin min nəfərə qədər olan bölmələri Kurska hücum edib.

Ən son məlumata görə, bölgədə 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətinə keçib.

publika.az