Rusiya Lvov şəhərini raket atəşinə tutdu – ölənlər və yaralananlar var
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın Lvov şəhərinə raket zərbələri endiriblər. Hücum nəticəsində 6 nəfər həlak olub, 8 nəfər yaralanıb. Raketlər yanğına səbəb olub.
Yerli rəhbərliyin verdiyi məlumata görə, zərərçəkənlər arasında uşaq da var.
Bu barədə məlumatı bu gün Lvov Vilayəti Hərbi İdarəsinin başçısı Maksim Kozitski öz “Teleqram” kanalında verib. Açıqlamada deyilir: “Qərb” Hava Komandanlığının məlumatına görə, bazar ertəsi günü səhər Lvova dörd raket zərbəsi endirilib. Raketlərdən üçü hərbi infrastruktur obyektlərinə, biri isə təkər təmiri obyektinə düşüb. Təəssüf ki, həlak olanlar və yaralananlar var. Artıq 6 nəfərin ölümü, 8 nəfərin yaralandığı bəlli olb. Zərərçəkənlər arasında uşaq var. Məlumatlar dəqiqləşdirilir”.
Hürr Tərcüman