Rusiya MAQATE-yə səsləndi: Münasibət bildirin
2026-03-02 15:48:16
Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) ABŞ və İsrailin İrana hücumuna münasibət bildirməyə çağırıb.
Hurriyyet.org xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Rusiya bildirib ki, bu cür addımlar diplomatik səyləri zəiflədir, etimadsızlıq mühiti yaradır və siyasi-diplomatik həll perspektivlərini təhlükə altına qoyur.
"Bu şəraitdə Beynəlxalq Atom Enerjisi Agentliyi kənarda qalmamalıdır. Ötən ilin iyun ayında baş verən hücumlar agentlik tərəfindən açıq şəkildə qiymətləndirilməyib və ya qınanmayıb", - Rusiya nümayəndəliyindən verilən açıqlamada qeyd olunub.