📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya mayın 9-da səfərbərlik elan edəcək - Budanov

2022-05-03 09:21:00

Rusiya mayın 9-da səfərbərlik elan edəcək - Budanov

Rusiyada səfərbərliyə hazırlıq əlamətləri var.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

Budanov “Rusiya mayın 9-da səfərbərlik elan etməyi planlaşdırırmı” sualına belə cavab verib:

“Bəli, hazırlaşırlar. İndi Rusiya ehtiyat qüvvələri əslində heyətdə nə olduğunu yoxlamağa və səfərbərlik əmrləri üçün nə edə biləcəklərini hesablamağa başlayıb. Bu, real səfərbərliyə başlamazdan əvvəl mütləq zəruri addımdır”.

Budanov təsdiqləyib ki, Rusiya mayın 9-dan əvvəl Ukraynanın şərqində qalib gəlmək istəyir:

“Məqsədləri budur, amma olmayacaq, vaxtları yoxdur. Heç bir şəkildə uğur qazana bilmirlər”.