📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya MDB vətəndaşları üçün şərtləri daha da ağırlaşdırdı – Yeni patent tətbiq ediləcək

2026-02-19 13:16:09

Rusiya MDB vətəndaşları üçün şərtləri daha da ağırlaşdırdı – Yeni patent tətbiq ediləcək

Rusiya Maliyyə Nazirliyi vizasız gəliş-gedişi olan ölkələrdən Rusiyaya işləmək üçün gələn əcnəbilərlə bağlı şərtləri sərtləşdirən qanun layihələri paketi hazırlayıb. Qeyd edək ki, bunlar əsasən MDB ölkələri vətəndaşlarıdır.

Hurriyyet.org xəbər verir ki, "Kommersant" qəzetinin məlumatına görə, hökumət yeni şərtləri bu gün keçiriləcək iclasda nəzərdən keçirməyi planlaşdırır.

Qanun layihəsində miqrant işçilərin Rusiyada iş icazəsi üçün yalnız özləri üçün deyil, həm də azyaşlı ailə üzvləri və onların himayəsində olan digər şəxslər üçün ödəniş etmələri nəzərdə tutulur. Hər bir belə şəxsə görə patent dəyərinin 50%-i ödənməli olacaq. 18 yaşına çatdıqdan sonra belə işçilərin övladları ya öz iş patentlərini almalı, ya da Rusiya Federasiyasını tərk etməli olacaqlar.