📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya məşhur boksçunun evini RAKETLƏ VURDU - FOTOLAR

2026-10-02 17:43:18

Rusiya məşhur boksçunun evini RAKETLƏ VURDU - FOTOLAR

Məşhur ukraynalı boksçu Aleksandr Usikin həyat yoldaşı Yekaterina Rusiyanın hava hücumu nəticəsində evlərinə dəyən ziyanın fəsadlarını nümayiş etdirib.

Hurriyyet.net  xəbər verir ki, o, "Instagram" hesabında Kiyevdəki fərdi yaşayış evlərinin sınmış şüşələrini və dağıntı izlərini paylaşıb.

Kadrlara qısaca "home" (ev) sözünü yazan Yekaterina fotoya sınmış ürək emojisi də əlavə edib.

Xoşbəxtlikdən, hadisə anında boksçunun ailəsi xaricdə olduğu üçün xəsarət alan olmayıb.

Xatırladaq ki, genişmiqyaslı müharibənin ilk günlərində Usik cütlüyünün Vorzeldəki evi də ciddi zərər görmüşdü.

Bununla yanaşı, tanınmış aktrisa Natalka Denisenko və müğənni Natalka Karpaya məxsus mənzillərin yaxınlığına da dron düşdüyü məlum olub. Hücum anında qastrolda olduğunu bildirən sənətçi zərbənin gücündən bəzi qonşuların evsiz qaldığını vurğulayıb:

"İtki olmadığı üçün şükürlər olsun, amma hər şey yandı, insanlar evsiz qaldı, bütün qonşular küçəyə qaçdı. Çox dəhşətli idi".

Qeyd edək ki, bir neçə gün əvvəl ukraynalı aktrisa Daşa Malaxova da yaşadığı evin həyətinə PUA düşməsi barədə məlumat paylaşmışdı.

Musavat.com

Дом Усика пострадал в результате вражеского обстрела (фото)