📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Minsk qrupundakı həmkarlarını “nadürüst brokerlər” adlandırdı – Həmsədrlər dəllallıq edirdilər?

2023-04-27 15:12:00

Rusiya Minsk qrupundakı həmkarlarını “nadürüst brokerlər” adlandırdı – Həmsədrlər dəllallıq edirdilər?

Vasitəçilik dəllallıqdırsa, o zaman münaqişə Minsk qrupu üçün ticarət olub?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF XİN-in mətbuat katibi Mariya Zaxarova Fransa ilə ABŞ-ın Ermənistanla Azərbaycan arasındakı münasibətlərin nizamlanmasına dürüst vasitəçi rolunu itirdiklərini bəyan edib.

Zaxarova aprelin 27-də keçirilən brifinqdə deyib: “Bildiyimə görə, ABŞ və Avropa İttifaqının təmsilçiləri, o cümlədən, Fransa Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasında “dürüst broker” roluna necə deyərlər, ərizə vermişdilər. Məncə, onların bu tələbnamələri boşa çıxıb”.

Zaxarovanın sözlərinə görə, “Fransa və ABŞ-dan olan həmkarlarının hamını sırf Cənubi Qafqazda sülhə nail olmaq maraqlarını rəhbər tutmalarına inandırmaq cəhdləri onların müntəzəm şəkildə Rusiyaya qarşı çıxışları ilə  etibarsızlaşır”.

Zaxarova deyib: “Belə açıqlamaları heç bir konstruktiv işə, yaxud da dürüst broker açıqlamasına aid eləmək olmaz. Belə çıxışlar bizdə Vaşinqton ilə Parisin real səylətinin konyuktur və siyasiləşmiş xarakter daşıdığı və RUsiyanın mövqeyinin laxladılmasını hədəfə aldığı təəssüratı yaradır, bizim fikrimizcə, regiondakı xalqların taleyinin qayğısına qalmaq onların planlarına qətiyyən daxil olmayıb”.

Qeyd edək ki, hazırda Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdədir, ölkə başçısı İlham Əliyevvə Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüşüb.

Hürr Tərcüman