Rusiya MN: “ABŞ-ın “Kosmosda hərbi üstünlük” strategiyası var”
2021-11-16 17:55:00
Hurriyyet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Kosmik Komandanlıq yaratdığını vəa “Kosmosda hərbi üstünlük” strategiyasını hazırlayaraq qəbul elədiyini bildirib.
Məlumatda deyilir: “ABŞ 2020-vi ildə Kosmik komandanlıq yaradıb və kosmos üzrə yeni strategiyanı rəsmən qəbul edib. Onun əsas hədəflərindən biri – “kosmosda hərbi üstünlük yaratmaqdır”.
Rusiyanın bu açıqlamanı kosmosda sovet dövründən qalma peyki parçalayıb Yerin orbitində təhlükə yaratmasına ABŞ rəsmiləri tərəfindən etiraz edilməsindən sonra verməsi maraq doğurur.
Hürr Tərcüman