📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya MN-in təyyarəsi qəzaya düşdü

2023-02-23 13:00:00

Rusiya MN-in təyyarəsi qəzaya düşdü

Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə qəzaya uğrayıb.

Hurriyyet.az xəbər verir ki, hadisə Belqorod vilayətində qeydə alınıb.

İlkin məlumata görə, qəzaya uğrayan təyyarə “Su-25” tiplidir. Hazırda hadisə yerində xilasedicilər çalışır.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, pilot həlak olub. Nazirlik təyyarənin boş əraziyə düşdüyünü, hər hansı dağıntı baş vermədiyini əlavə edib.  

qafqazinfo.az