Rusiya MN məlumat yaydı: "Sülhməramlılarının komandanlığı Bakı ilə danışıqlar aparır"
2023-04-24 23:02:00
"Rusiya sülhməramlılarının komandanlığı Bakı ilə danışıqlar aparır".
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“2023-cü il aprelin 23-də Azərbaycan tərəfinin birtərəfli və razılaşdırılmamış hərəkətləri nəticəsində Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingentinin 1 saylı müşahidə məntəqəsi (Həkəri çayı üzərindəki körpü) ərazisində nəqliyyatın hərəkəti bağlanıb”, - məlumatda qeyd olunub. \\Demokrat.az