📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya MN Pentaqonun “ağcaqanad müharibəsi”nə hazırlaşdığını bildirib

2023-06-19 15:19:00

Rusiya MN Pentaqonun “ağcaqanad müharibəsi”nə hazırlaşdığını bildirib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Müdafiə Nazirliyi Pentaqonun “QİÇS , Ebola və B hepatitinə yoluxmuş kiçik canlıların populyasiyasını əldə eləməyə hazır olduğunu” bəyan edib. Bu barədə açıqlamanı RF Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri general-leytenant İqor Kirillov verib. Açıqlamada artıq B hepatitinə yoluxdurulmuş ağcaqanadların yetişdirildiyi bildirilir.

Həmçinin, “ABŞ-ın yoluxma daşıyıcılarını silah kimi tətbiq etmək üçün yüksək texniki səviyyədə hazır olduğu” qeyd edilir. Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, “ABŞ yoluxmuş ağcaqanadların havada yayılması üçün nəzərdə tutulmuş PUA üçün patentə malikdir”.

Hürr Tərcüman