📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiya Moldovada çevriliş etmək istəyir. Əlimizdə sənədlər var”

2023-02-13 14:57:00

“Rusiya Moldovada çevriliş etmək istəyir. Əlimizdə sənədlər var”

Hurriyyet.az xəbər verir ki, Moldova Prezidenti Mayya Sandu Rusiya Federasiyasının ölkədə qeyri-sabitlik aksiyaları hazırladığını – diversantlar vasitəsi ilə dövlət binalarına hücum etməyi və girovlar ələ keçirməyi planlaşdırdığını bəyan edib.

Prezident Sandu bu barədə sənədləri Ukrayna hakimiyyətindən aldığını söyləyib. Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski də bu barədə açıqlama vermişdi.

Sandu Ukraynadan aldığı sənədlərdə qiyam aksiyalarına hazırlıq üçün yerlərin və logistikaların qeyd edildiyini bildirib. Sənədlərdə Moldovaya RF, Belarus, Serbiya və Qaradağ vətəndaşlarının keçməsi üçün təlimatlar var. Sandu ölkədəki rusiyapərəst qüvvələri də RF ilə əlbir olmaqda ittiham edib. Onun sözlərinə görə, Moskvanın əsas hədəfi – Konstitusiya quruluşunun devrilməsi, hakimiyyət dəyişikliyi və Aİ-yə inteqrasiya prosesini dayandıra biləcək başqa hakimiyyətin gəlməsidir.

Moldova Prezidenti çevriliş cəhdinə qarşı bir sıra tədbirlər görülməsi göstərişi verib.

Hürr Tərcüman