📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya müdafiə naziri Sergey Şoyqu Bəşər Əsədlə görüşüb

2022-02-16 10:05:00

Rusiya müdafiə naziri Sergey Şoyqu Bəşər Əsədlə görüşüb

Suriya prezidenti Bəşər Əsəd dünən yüksək səviyyəli hərbi heyətin başında Suriyaya səfər edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
Suriyanın rəsmi xəbər agentliyi "SANA"nın məlumatına görə, görüşdə Şoyqu Suriya lideri Əsədə Rusiya hərbi donanmasının Tartus limanından idarə oliunan hərbi dəniz təlimlərinin gedişi barədə məlumat verib.

Görüş zamanı Rusiya və Suriya orduları arasında mövcud əməkdaşlıq, xüsusilə də terrorla mübarizə sahəsində müzakirələr aparılıb. Şoyqu terror təşkilatlarına dəstək verən dövlətlərin verdikləri itkilərdən sonra terror təşkilatlarını yenidən aktivləşdirmək cəhdlərinə baxmayaraq, ölkəsinin bütün torpaqları üzərində suverenliyi bərpa olunana qədər Suriya ilə bu sahədə əməkdaşlığı davam etdirəcəyini bir daha vurğulayıb. Şoyqu həmçinin bildirib ki, o, Suriya xalqına ədalətsiz və qəddar mühasirənin nəticələrini aradan qaldırmağa kömək etməyə davam edəcək.

Ülviyyə, Hurriyyet.az