📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya müdafiə nazirinin keçmiş müavini SAXLANILDI

2024-07-26 16:24:12

Rusiya müdafiə nazirinin keçmiş müavini SAXLANILDI

Rusiya müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakov saxlanılıb.

Bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

General korrupsiya işi ilə saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib.

Qanunsuz fəaliyyətə şərait yaradan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bulqakov rus ordusunun maddi-texniki təminatına cavabdeh olub.

2022-ci ilin sentyabrında başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.//APA