📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya müdafiə nazirliyi Ukraynadakı yəhudi icmasını millətçilərə kömək etməkdə suçlayır, icma isə təkzib edir

2022-03-30 16:54:00

Rusiya müdafiə nazirliyi Ukraynadakı yəhudi icmasını millətçilərə kömək etməkdə suçlayır, icma isə təkzib edir

Ukrayna Birləşmiş Yəhudi İcması bəyan edib ki, ölkədəki bütün sinaqoqlar və yəhudi obyektləri yalnız təyinatı üzrə, dini fəaliyyətlər həyata keçirmək və ya yəhudi icmalarının üzvləri ilə yerli əhaliyə kömək etmək üçün istifadə olunur. Bu barədə "UNİAN" məlumat yayıb.

Bəyanata səbəb Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkovun Umandakı yəhudi obyektlərinin guya “Ukrayna millətçiləri” tərəfindən istifadə edildiyi barədə açıqlaması olub. “Hətta təxribat məqsədi ilə dərc edilən fotoya əsaslansaq, sinaqoqun qapılarının bağlı olduğu və içəridə heç kimin olmadığı açıq-aydın görünür”, deyə icmanın bəyanatında bildirilir. Umandakı Rabbi Naxman Vəqfi, Ukraynada ikinci ən böyük sinaqoq olan bəyanatda adı çəkilən sinaqoqun Roş-Xa-Şanadan sonra bağlandığını bildirib.

Ülviyyə, Hurriyyet.az