📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı AÇIQLAMA

2021-09-25 10:11:00

Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı AÇIQLAMA

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti 2020-ci ilin noyabrından etibarən Laçın dəhlizindən Qarabağa və geriyə 65 minə yaxın avtomobiin və 230 mindən çox adamın təhlükəsiz gediş-gəlişini təmin edib. Bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sülhməramlıların nümayəndəsi Vasili Davıdovun sözlərinə görə, nəzarət-buraxılış məntəqələrinin işi sutka boyu fasiləsiz davam edir. “Hər bir maşına baxış keçirilir, şübhə yaranarsa hərbçilər onları axtarır. Gün ərzində postdan 200-ə yaxın avtomobil keçir”,-o deyib.

Xatırladaq ki, Azərbaycan da Laçın dəhlizinə vizual nəzarət həyaat keçirir. Belə ki, Laçın-Şuşa avtomobil yolu Şuşa şəhəri ətrafındakı Azərbaycan postunun bilavasitə yaxınlığından keçir və nəticədə yoldakı bütün hərəkəti vizual nəzarətdə saxlamaq imkanı var. Eyni zamanda Azərbaycan yola xüsusi vasitələrlə vizual nəzarət həyata keçirir.virtualorg.az