📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi intihar edib

2023-02-17 16:41:00

Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi intihar edib

Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsi üzrə maliyyə təminatı idarəsinin rəisi Marina Yankina Sankt-Peterburqda ölü tapılıb.

Hurriyyet.az xəbər verir ki, Yankinanın cəsədi fevralın 15-i səhər saatlarında 16 mərtəbəli binanın qarşısında aşkar olunub.

58 yaşlı məmurun sözügedən binada yaşadığı bildirilir.

Müstəntiqlər binanın 16-cı mərtəbəsinin ümumi eyvanında sənədlər, eləcə də Yankinanın şəxsi əşyalarını tapıblar.

İlkin versiyaya görə, rusiyalı məmur intihar edib. Ölkənin İstintaq Komitəsi hadisə ilə bağlı hələ ki rəsmi açıqlama verməyib.

qafqazinfo.az