📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya müxtəlif ölkələrin 700-dən çox vətəndaşını Fələstin ərazilərindən təxliyə edə bilər

2023-10-13 16:00:56

Rusiya müxtəlif ölkələrin 700-dən çox vətəndaşını Fələstin ərazilərindən təxliyə edə bilər

Rusiyanın Fələstin Muxtariyyətindəki missiyasına evakuasiya üçün 700-dən çox müraciət daxil olub. Onlardan 400-dən çox müraciət Rusiya vətəndaşlarından olub. Təxliyə edilənlər siyahısında digər postsovet ölkələrinin, o cümlədən Belarus, Moldova, Qazaxıstan vətəndaşları da var. Bu barədə Rusiya diplomatik qurumunun mətbuat katibi Aliyə Zaripova məlumat verib.

Zaripovanın sözlərinə görə, hazırda təxliyyə marşrutları və tarixləri işlənir. İsrail və Misir də öz növbəsində artıq Qəzza zolağından qaçqınların təxliyyəsi üçün xüsusi marşrut yaratmaq barədə razılığa gəliblər.

Rusiya da vətəndaşlarını İsrail ərazisindən çıxarmağa hazırlaşır. Artıq ölkəni tərk etmək istəyən 360-dan çox insan var, Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirib.

Fələstin-İsrail sərhədində vəziyyət son dərəcə gərgin olaraq qalır. Artıq hər iki tərəfdən 3 mindən çox insan münaqişənin qurbanı olub, 420 mindən çox insan qaçqın düşüb.

Ülviyyə, Hurriyyet.az