Rusiya nömrəli avtomobillərin girişi qadağan edildi
2023-09-13 14:45:03
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, bu gündən etibarən Baltikyanı ölkələrə – Estoniya, Latviya və Litvaya Rusiya nömrəli avtomobillərin girişi qadağan edilib.
Rusiya vətəndaşları bu ölkələrin sərhədini piyada, yaxud da avtobusla keçə bilərlər.
Yalnız Litva ilə Polşa arasında, Baltik dənizinin sahilində yerləşən, Rusiya ərazisi olan Kalininqrad şəhərinə gedəcək avtomobillərə bu qadağan şamil edilmir.
Hürr Tərcüman