Rusiya nüvə təlimlərinə başladı
2023-03-29 10:13:00
Rusiyada Strateji Raket Qüvvələrinin “Yars” kompleksləri ilə komanda-qərargah təlimləri başlayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Naziriyi məlumat yayıb.
Təlimlərə ümumilikdə 3 mindən çox hərbçi və 300-ə yaxın texnika cəlb olunub.
Təlimlər Rusiyanın 3 regionunda keçiriləcək.
Qeyd edək ki, “Yars” Rusiyanın qitələrarası ballistik raket kompleksidir.