📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Nyu-Yorkda “nüvə beşliyi”nin görüşünü çağırıb

2024-10-11 11:09:53

Rusiya Nyu-Yorkda “nüvə beşliyi”nin görüşünü çağırıb

Yaxın iki həftə ərzində Nyu-Yorkda beş nüvə dövlətinin: Rusiya, ABŞ, Çin, Fransa və Britaniya nümayəndələrinin görüşü baş tutacaq. Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Ryabkov məlumat verib. O, konkret tarix və orada iştirak edəcək məmurların səviyyəsini açıqlamayıb.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiya ilə Qərb arasında nüvə gərginliyi Kuba Raket Böhranından bəri görünməmiş səviyyəyə çatıb. Sentyabrda Putin nüvə silahından istifadə ssenarilərini genişləndirərək nüvə doktrinasına dəyişiklikləri elan etdi. Kreml bildirib ki, dəyişikliklər bu dövlətlərin Rusiyaya qarşı hücumda iştirak edəcəyi təqdirdə nəticələr barədə xəbərdarlıq edən Qərb ölkələri üçün qəti siqnaldır.

Ülviyyə, Hurriyyet.az