📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Odessaya desant çıxarır - Danilov

2022-03-14 11:38:00

Rusiya Odessaya desant çıxarır - Danilov

Qara dənizə 3-4 gün əvvəl desantları enəcəkdi. Lakin hava şəraitinə görə onlar Sevastopola qayıtmalı oldular.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Ancaq indi oradan geri qayıdırlar. Onlar Odessa və onun bölgəsinə desantlar atmağı planlaşdırırlar. Odessada nə baş verdiyini anlayırıq və nəzarət öz əlimizdədir. Çerniqov və Kiyev bölgələrində olduğu kimi onları gözləyirik. Ukraynalı əsgərlər rus desantlarını qarşılamağa hazırdırlar”, - Danilov bildirib.