Rusiya Odessaya raket zərbəsi endirdi
2024-03-15 16:58:15
Hurriyyet.az xəbər verir ki, Rusiyanın Odessa şəhərinə raket zərbəsi endirməsi nəticəsində 14 nəfər həlak olub. Onların arasında yerli sakinlər, tibb işçisi və xilasedici var. 46 nəfər yaralı var. Bu barədə məlumatı Odessa Vilayət Hərbi Administrasiyasının başçısı Oleq Kiper verib.
10 ev, texniki xidmət stansiyası, qaz kəməri və 2 yanğınsöndürən maşın zədələnib.
Şənbə günü Odessa şəhərində və vilayətində matəm elan edilib.
Hürr Tərcüman