📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Odessaya “Şahid” və “Kalibr”lərlə hücum etdi - Video

2023-08-14 12:44:00

Rusiya Odessaya “Şahid” və “Kalibr”lərlə hücum etdi - Video

Bu gün gecə saatlarında Rusiya Ukraynanın Odessa şəhərini atəşə tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, ruslar şəhərə 15 "Şahid" PUA-sı və 8 "Kalibr" raketi ilə hücum edib.

Bildirilib ki, vurulan raketlərdən birinin qalığının şəhərdəki hipermarketə düşməsi nəticəsində dağıntı və yanğınlar baş verib. Hipermarketin 3 işçisi yaralanıb.