📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya oliqarxlarının Londondakı əmlakı müsadirə edilə bilər

2022-01-31 10:15:00

Rusiya oliqarxlarının Londondakı əmlakı müsadirə edilə bilər

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniya “Kreml ilə əlaqəsi olan” Rusiya şirkətlərinin vəsaitlərini dondurmaq niyyətində olduğunu bəyan edib. Bu barədə məlumatı “Tayms” nəşri verib. Qəzetin yazdığına görə, Böyük Britaniya hakimiyyəti yeni sanksiya layihəsi çərçivəsində Kremllə əlaqəsi olan Rusiya şirkətlərinin vəsaitlərini dondurmaqla yanaşı, Rusiya hakimiyyəti üçün “strateji əhəmiyyətə malik” bir sıra fiziki və hüquqi şəxslərin ölkəyə gəlişini qadağan eləməyə hazırlaşır.

Bazar günü Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass (Elizabet Meri Trass) “Sky News” telekanalına müsahibəsində Rusiya oliqarxlarının Londondakı əmlakının qarşıdan gələn daha sərt sanksiyalar layihəsi çərçivəsində müsadirə oluna biləcəyini bəyan edib. O, Rusiyanın Ukraynaya qarşı münaqişəni alovlandıracağı təqdirdə Moskvaya qarşı sərtləşdirilmiş sanksiya rejiminin qüvvəyə minə biləcəyini söyləyib. Rusiyaya qarşı sanksiya rejiminin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin bu gün Britaniya parlementinə təqdim ediləcəyi gözlənilir.

Hürr Tərcüman