📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya onların ölkəyə girişinə QADAĞA QOYDU

2024-07-23 21:55:13

Rusiya onların ölkəyə girişinə QADAĞA QOYDU

Moskva davam edən anti-Rusiya sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Yaponiyanın Rusiyaya qarşı davam edən sanksiyalarına cavab olaraq, 13 Yaponiya vətəndaşının ölkəmizə daxil olmasına həmişəlik qadağa qoyulması barədə qərar qəbul edilib”, - departament qeyd edir.

Onların arasında müxtəlif sənaye sahələrini təmsil edən Yaponiya şirkətlərinin menecerləri, o cümlədən "Toyota Motor"un idarə heyətinin sədri Toeda Akio və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko da var. \\Redaktor.Az